Məhsullarımız

  • Home

Pomidor Sortları

Bifsteyk, salxım, çeri, kokteyl, pink paradise, qara pomidor

Pomidor– badımcankimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növüdür. Vətəni Cənubi Amerikadır. Yabanı növləri Peru, Ekvador və Çilidə tapılmışdır. Avropada XVI əsrin ortalarında meydana gəlmişdir. Pomidor cinsi üç növə bölünür: adi pomidor, Peru pomidoru və tüklü pomidor. Adi pomidorun üç yarımnövü, təxminən 2000 sort və forması vardır.

Badımcan

Badımcan– Badımcançiçəklilər fəsiləsindən olub, tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır.
Badımcan istisevən birillik bitkidir. Badımcan qidalılıq xüsusiyyətinə, yüksək dadına və kaloriliyinə görə qiymətli tərəvəz bitkisi sayılır. Onun vətəni Hindistandır. XVII-XVIII əsrlərə qədər dekorativ bitki kimi tanınmış, XVIII əsrdən artıq Qafqazda becərilmişdir.

Xiyar

Xiyar– balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növüdür. Xiyar dad və müalicə əhəmiyyətinə görə maraq kəsb edən və hal-hazırda geniş yayılmış əsas tərəvəz bitkilərindən biridir. Xiyarın göy meyvələrinin tərkibinin çox hissəsini, yəni 94-97 %-ni su, yalnız 3-6 %-ni quru maddə təşkil edir.
Xiyar həm açıq torpaqda, həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8-12 günlüyündə dərilir.

Bibər

Bibər– badımcançiçəklilər fəsiləsindən olan bitki cinsidir. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. Bibər tərəvəz bitkiləri içərisində öz dad və qidalılıq tərkibinə görə çox fərqlənir.