Haqqımızda

“Aqroinnova” MMC 2016-cı ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyət istiqaməti istixana şəraitində tərəvəz bitkilərinin yetişdirilməsidir. İllik istehsalın həcmi 3500 tondur. Bu məhsulun təqribən 80%-i ixrac olunur. Hal-hazırda Abşeron rayonu ərazisində yerləşən müəssisənin istifadəsində 57 hektar torpaq sahəsi vardır. 2017-ci ildə həmin ərazinin 5.5 hektar sahəsində müasir istixana kompleksi yaradılmışdır. İstixananın avadanlıqları Hollandiya, İspaniya, Almaniya və Türkiyə şirkətləri tərəfindən təchiz edilmişdir. Burada dünyada ən yeni texnologiya olan və ölkəmizdə yeganə süni iqlim yaratma – poliklima sisteminə sahib olan istixana qurulmuşdur. Bu sistem ilin 12 ayında xarici mühitin temperaturundan asılı olmayaraq bitkilər üçün istixananın içərisində optimal iqlim şərtlərini təmin etməyə imkan verir. Gübrələmə və bitki mühafizə tədbirləri tam avtomatlaşdırılmışdır. İstixanamızda pomidorun “Bifsteyk”, “Salxım”, “Çeri” və “Kokteyl” sortları yetişdirilir. Bundan əlavə tərəvəzlərdən badımcan, xiyar, bibər yetişdirilməkdədir.

İstixanamız artıq 4 ildir ki, həm daxili, həm də xarici bazarı yüksək keyfiyyətli pomidor məhsulu ilə təmin edir. 2020-ci ildə “Aqroinnova” MMC tərəfindən əlavə olaraq 6.4 hektar ərazidə yeni, daha müasir istixana kompleksinin tikintisinə başlanılmışdır və 2021-ci ilin əvvəllərində istifadəyə verilmişdir. Yeni istixananın fəaliyyətə başlaması pomidor istehsalının həcmini əhəmiyyətli şəkildə artırmışdır.

MMC-də 120-dən çox işçi heyəti çalışır. Bununla da müəssisəmiz ölkəmizin həm iqtisadiyyatının güclənməsində, həm də kənd təsərrüfatı sahəsinin inkişafında öz töhfəsini verməkdə davam edir.