pomidor sortlari

  • Home
Salxım sortu
Salxım sortu
Salxım pomidoru əsasən istixanalarda yetişdirilir. Bu pomidorun əsas fərqliliyi salxım şəklində satılmasıdır. Əksər hallarda salxım pomidoru karton qutularda bazara çıxarılır. Bu çeşid xarici görünüşünə görə dairəvi və tünd qırmızı olur.
Bifsteyk sortu
Bifsteyk sortu
Bifsteyk pomidorları adətən normal pomidor ətirinə sahib olmaqla yanaşı, bəzi çeşidləri şirin bir dada malikdir. Böyük və ətli olduğuna görə belə adlandırılmışdır. Rəngi çəhrayı, parlaq qırmızı və ya narıncı ola bilər.
Çeri sortu
Çeri sortu
Zahiri görünüşcə albalıya oxşayan bu pomidor sortu demək olar ki, öz-özünə böyüyən bir pomidor çeşididir, kiçik ölçülüdür, yumşaqdır, orta qalınlıqda örtüyü vardır. Digər istixana pomidorlarına nəzərən daha tez böyüyür, həmçinin, tərkibində heç bir hormon, zərərli elementlər yoxdur. Ona görə də ürək rahatlığı ilə istifadə edə bilərsiniz.
Kokteyl sortu
Kokteyl sortu
Bu pomidorlar şirəli, az toxumlu qırmızı rəngdədir, şirin-turş dadı var. Bu sortun üstünlüyü yüksək dekorativ təsirə, yaxşı məhsuldarlığa malik olmasıdır. 40 q-dan 60 q-a qədər ağırlıqda olan müxtəlif formalı və rəngli, bir qədər böyük meyvələri olan pomidorlara kokteyl pomidoru deyilir.
Pink Paradise sortu
Pink Paradise sortu
Bu sort əla məhsuldarlığı, meyvələrinin yüksək dadlılığı, soyuğa müqaviməti ilə digər çeşidlər arasında seçilir. Meyvələri orta böyüklükdədir, forması yuvarlaq və ya yuvarlaq düzdür. Meyvəsinin qabığı sıxdır, lakin sərt deyil, çatlamağa qarşı mükəmməl qoruyur və saxlama keyfiyyətini artırır. Yığılan pomidorlar yaxşı saxlanılır.
Qara pomidor sortu
Qara pomidor sortu
“Bifsteyk” sortunun xüsusi bir növü olan qara rəngli bu pomidor sortu özünəməxsus dadı və keyfiyyəti ilə seçilir. Bu pomidorlar makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, orqanizmə hərtərəfli müsbət təsir göstərir. Qara pomidorun tərkibində C vitamini çoxdur, antioksidantdır, görmə qabiliyyətinin artmasına kömək edir.